Premyer Liqa: “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Şamaxı” doğma meydanda “Şəfa”nı sınağa çəkəcək. Şamaxı şəhər stadionunda baş tutacaq oyuna saat 15:00-da start veriləcək. Bu oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Günün digər oyununda “Sumqayıt”la “Araz-Naxçıvan” üz-üzə gələcəklər. Görüşün baş hakimi Vüqar Həsənli olacaq. “Sumqayıt Arena”da keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

Premyer Liqa
8-ci tur

16 oktyabr

“Şamaxı” – “Şəfa”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.
VAR: Elvin Bayramov .
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena”, 19:00.

17 oktyabr

“Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 16:00.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Əli Əliyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüsyenov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

18 oktyabr

“İmişli” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 15:00.

“Kəpəz” – “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: