AFFA həkimi olmayan İkinci Liqa klublarını cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 7-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 7-ci tur

“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” oyununda “Ağstafa Gəncləri”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa komandası 70 manat cərimə edilib. Oyunun 60-cı dəqiqəsində “Ağstafa Gəncləri”nin futbolçusu Hüseyn Alıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. Ağstafa komandası buna görə də 50 manat cərimə ödəyəcək.

“Difai” – “Şəki” oyununda “Şəki”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. “Şəki”nin həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub daha 250 manat cərimə edilib.

“Zəngəzur” – “Şirvan” oyununda “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Şəmkir” – “Hypers” oyununda “Şəmkir” təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə sözügedən klub 200 manat cərimə edilib. Oyunun 74-cü dəqiqəsində “Hypers”in futbolçusu Saleh Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Hypers” buna görə 50 manat cərimə ödəyəcək. Oyunun 61-ci dəqiqəsində “Hypers”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 300 manat cərimə edilib.

“Dinamo” – “Kür-Araz” oyununda “Dinamo”nun 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. “Kür-Araz”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

“Marafon” – “Ağdaş” oyununda “Ağdaş”ın həkimi olmadığına görə sözügedən klub 100 manat cərimə edilib. “Ağdaş”ın ehtiyat skamyasında adı protokolda olmayan şəxs olduğuna görə bu klub daha 100 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: