Erlinq Haland Premyer Liqada yeni rekorda imza atdı

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında növbəti tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 25 yaşlı forvard penalti qolları nəzərə alınmadan 100 qol həddinə ən sürətli çatmış futbolçu olub.

Haland bu göstəriciyə İngiltərə çempionatının 7-ci turunda “İpsviç Taun” ilə ev oyununda (3:2) imza atıb. Bu qarşılaşma norveçli hücumçunun Premyer Liqada 139-cu matçı olub. Əvvəlki rekord İngiltərə millisinin sabiq kapitanı Harri Keynə məxsus idi. Hazırda Almaniyanın “Bayern” klubunda çıxış edən Keyn penaltilərsiz 100 qol həddinə çatmaq üçün 168 oyuna ehtiyac duymuşdu.

Qeyd edək ki, Erlinq Haland 2025-ci ilin dekabrında da Premyer Liqa tarixində 100 qol həddinə ən tez çatan futbolçu kimi rekord müəyyənləşdirib. O, bu göstəriciyə cəmi 111 matçda nail olub. Norveçli hücumçu əvvəlki rekordun sahibi, İngiltərə futbolunun əfsanəsi Alan Şireri geridə qoyub. Şirer 100-cü qolunu vurmaq üçün 125 oyuna çıxmışdı.

Haland 2022-ci ildə “Mançester Siti”yə qoşulduqdan sonra komandanın hücum xəttinin əsas simasına çevrilib. Onun məhsuldarlığı həm fərdi rekordlara, həm də klubun İngiltərə futbolundakı uğurlarına mühüm töhfə verir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: