“Sabah” – “Borussiya” matçı ispan hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) matçının hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycanda təşkil ediləcək bu qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Xavyer Alberola Roxas olacaq. Ona həmyerliləri Alfredo Rodriqes Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Qarsiya Verdura yerinə yetirəcək.

VAR hakimi Sezar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Həm Azərbaycan çempionu, həm də Almaniya nəhəngi ilk iki turda bir qələbə qazanıb, bir məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur

20 oktyabr

20:45. Sabah – Borussiya (Dortmund)
Hakimlər: Xavyer Alberola Roxas, Alfredo Rodriqes Moreno, Karlos Alvares Fernandes, Viktor Qarsiya Verdura (İspaniya).
VAR: Sezar Soto Qrado (İspaniya).
AVAR: Valentin Qomes (İspaniya).
Bakı Olimpiya Stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: