ABL: “Naxçıvan” və “Neftçi”dən qələbə

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda “Naxçıvan” “Gəncə” ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutmuş qarşılaşma “Naxçıvan”ın qələbəsi ilə yekunlaşıb – 72:70.

Digər görüş isə “Neftçi” ilə “Sumqayıt” arasında baş tutub. Milli Gimnastika Arenasında keçirilmiş oyun Bakı təmsilçisinin qələbəsi ilə bitib – 86:69.

3-cü turun “Sabah” – NTD oyunu oktyabrın 19-da baş tutacaq. “Landau Lions” – “Ordu” matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, ABL-in yarış cədvəlində hazırda “Neftçi”, “Naxçıvan” və “Sumqayıt”ın 3 xal var. “Landau Lions” və “Gəncə” 3 xal toplayıblar. “Sabah”, “Ordu” və NTD-nin hesabında isə 2 xal mövcuddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: