Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Kəpəz” “Zirə” ilə üz-üzə gəlib.
Gəncə şəhər stadionunda keçirilmiş oyunu Emin Əliyev idarə edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Oyunda hesabı ikinci hissədə Gəncə təmsilçisi açıb. Amma qonaqlar son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara biliblər.
Premyer Liqa
8-ci tur
18 oktyabr
“Kəpəz” – “Zirə” 1:1
Qollar: Benito, 57 – Davit Volkov, 89.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu, 18:30.
Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 7. Namiq Ələsgərov, 8. Şakir Seyidov, 9. Kennet Kalunqa, 66. David Domqyoni, 11. Viktor Stina, 33. Benito, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov.
Baş məşqçi: Azər Məmmədov.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 3. Dimitri Leqbo, 7. Eren Aydın, 33. Mehdi Mişahşah.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 41. Anar Nəzirov, 2. Amin Seydiyev, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 23. Dameyn Smit, 29. Kris Diqbeu.
Baş məşqçi: Rəşad Sadıqov.


