İkinci Liqa: “Marafon” “Kür-Araz”ı 7 qolla məğlub etdi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 8-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Hypers” “Ağdaş”la, “Şirvan” da “Ağstafa Gəncləri” ilə ev oyunundan qalib ayrılıb. “Kür-Araz”ın qonağı olmuş “Marafon” isə rəqibini böyük hesabla yenib.

Turun qalan görüşləri oktyabrın 19-da və 20-də keçiriləcək.

İkinci Liqa
8-ci tur

18 oktyabr

“Hypers” – “Ağdaş” 2:1
Qollar: Asim Babazadə, 53. Elçin Süleymanov 90+5-öz qapısına – Ramin Məhərrəmov, 46-öz qapısına.
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Elçin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Bərdə şəhər stadionu, 15:00.

“Şirvan” – “Ağstafa Gəncləri” 3:2
Qollar: Amil Yunanov, 12; 42. Elgün Xəlilov, 90+4 – Elçin Qasımov, 17. Cavid İmamverdiyev, 84.
Hakimlər: Kamil Aydınov, Tural Bayramov, Hüseyn Vəliyev, Yasin Cəbizadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Kür-Araz” – “Marafon” 1:7
Qollar: Ülvi Quliyev, 58-pen – Tofiq Nəsibov, 10; 89. İlham Allahverdiyev, 22; 64. Ülvi İbazadə, 40. İlqar Ələkbərov, 43. Emin Quliyev, 75.
Hakimlər: Nəriman Ağayev, Cavid Ömərov, Nurlan Əhmədzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

19 oktyabr

“Şəmkir” – “Difai”
Hakimlər: Hacıağa Həsənov, Sadiq Əliyev, Ruslan Məmmədov, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

20 oktyabr

“Şəki” – “Zəngəzur”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Ruslan Babayev, Mehdi Yusifov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Ləman Əmirli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: