La Liqa: 2025/26 mövsümünün rəmzi komandası

Futbol üzrə İspaniya çempionatında (La Liqa) başa çatmaqda olan mövsümün ən yaxşılarından ibarət rəmzi komanda açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidmətinin məlumat yayıb.

Ümumilikdə 19 futbolçunun yer aldığı siyahıda daha çox çempion “Barselona” və ikinci yerdə qərarlaşmış “Real” oyunçuları üstünlük təşkil edirlər.

Qapıçı: Joan Qarsiya (“Barselona”);

Müdafiəçilər: Lyorente (“Atletiko”), Mourinyo (“Vilyarreal”), Erik Qarsiya (“Barselona”), Romero (“Espanyol”);

Yarımmüdafiəçilər: Orelyen Tçuameni (“Real”), Federiko Valverde (“Real”), Pedri (“Barselona”);

Hücumçular: Lamin Yamal (“Barselona”), Kilian Mbappe (“Real”), Vedat Muriqi (“Malyorka”).

Ehtiyat oyunçular: Tibo Kurtua (“Real”), Pau Kubarsi (“Barselona”), Pubil (“Atletiko”), Luis Milya (“Xetafe”), Pablo Fornals (“Betis”), Moleyro (“Vilyarreal”), Rafinya (“Barselona”), Mikel Oyarsabal (“Real Sosyedad”)

Qeyd edək ki, çempionatın başa çatmasına hələ 3 tur qalmasına baxmayaraq, “Barselona” artıq İspaniya çempionu titulunu qorumağı rəsmiləşdirib. La Liqanın 2025/2026-cı illər mövsümünə mayın 24-də keçiriləcək “Vilyarreal” – “Atletiko” matçı ilə yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: