İspaniya məhkəməsi “Real”ın şikayətini rədd etdi

“Real”ın La Liqanın KİV-ə çıxışla bağlı yeni tələblərinə qarşı hüquqi etirazı İspaniya Milli Məhkəməsi tərəfindən rədd edilib.

Arena.az “The Athletic”ə istinadən məlumat verir ki, məhkəmə şikayətin cinayət məcəlləsinə uyğun olmadığını müəyyən edib və ədalətsiz idarəetmə ilə bağlı cinayətləri istisna edir.

Məhkəmə həmçinin vurğulayıb ki, yeni tədbirlərin Madridə qarşı xüsusi olaraq hazırlandığına dair “Kral klubu”nun şikayətini başa düşmək çətindir. Şünki bəziləri daha kiçik olsa da, digər 19 La Liqa klubu 2023/2024 mövsümü ərəfəsində keçirilmiş səsvermədə bu məsələ ilə razılaşıb.

Xatırladaq ki, avqustun əvvəlində məlum olmuşdu ki, La Liqa televiziya hüquqlarından vəsaitlərin bölüşdürülməsi prinsipini dəyişib. Xüsusilə, ümumi gəlirlərin 25% -nin (təxminən 130 milyon avro) bölüşdürülməsindən söhbət gedir və bu da “sosial qarşılıqlı əlaqə” əsasında qurulacaq. Bu, televiziya kameralarının, o cümlədən klubun soyunub-geyinmə otaqlarına daha açıq girişi deməkdir. Məsələ ilə əlaqədar keçirilmiş səsvermədə 21 iştirakçı səs verib (20 klub və La Liqanın özü). Yalnız “Real” əleyhinə olmaqla və adı açıqlanmayan bir klub bitərəf qalmaqla, bütün iştirakçılar məsələnin lehinə səs veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: