“Jeep” şirkəti “Yuventus”un köynəyində öz loqosunun əks edilməsi üçün “qoca sinyora”ya ildə 25 milyon avro məbləğ ödəməyə hazırdır.
Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.
Müvafiq məbləğ əvvəlki illərlə müqayisədə, həmçinin bir vaxtar 45 milyon avro məbləğə çatmış ödənişlə müqayisədə xeyli azdır.
Bununla belə, vurğulanır ki, sövdə, tərəflər arasındakı çoxillik əməkdaşlığı yeniləyəcək. “Yuventus” müvafiq sövdəyə qol qoymağa razılaşıb. Belə ki, Turin təmsilçisi əsas sponsor tapmağa müvəffəq olmayıb. “Yuventus”un “Jeep”lə əvvəlki müqaviləsi ötən ilin iyun ayında başa çatmışdı. Hazırda “Yuventus” “Jeep”lə danışıqlarda, qarşıdakı 2025-ci il FIFA Klub Dünya Kubokunda, iyun ayında köynəklərində şirkətin adı əks edilməklə meydana çıxmaq üçün danışıqlar aparır.
32 oyundan 59 xalla “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
