Portuqaliya yığmasının və “Fulhem”in yarımmüdafiəçisi Joao Palinya “Bayern”ə mümkün keçidi ilə bağlı sualı cavablayıb.
Arena.az Palinyanın bu barədə cavabını təqdim edir:
“Mənə danışmağa imkan vermirlər. Amma nəsə bir şey demək istərdim”, deyə Palinya üstüörtülü bildirib.
Xatırladaq ki, Joao Palinya “Fulhem”ə 2022-ci ilin iyul ayında 21 milyon avro müqabilində Lissabon “Sportinq”indən gəlib. 28 yaşlı dayaq yarımmüdafiəçisi bu komandanın heyətində 79 oyuna çıxıb. O, bu oyunlarda 8 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Palinya daha öncə Portuqaliyada “Sportinq”, “Braqa”, “Moreyrense” və “Belenenseş” kimi komandaların formasını geyinib. O, 2021-ci ilin mart ayından formasını geyindiyi Portuqaliya yığmasında 28 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı Joao Palinyanın transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.