“Keşlə” “Soçi”yə böyük hesabla uduzdu

“Keşlə” bu gün Avropa Konfrans Liqasında ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandası ilə qarşılaşıb.

Paytaxt klubu bu rəqiblə ilk oyununu səfərdə keçirib. Soçidə keçirilən oyunda meydan sahibləri daha şanslı hesab olunurdu. Amma Azərbaycan təmsilçisi avrokuboklarda debüt edən rəqibinə sürpriz yaşatmağı hədəfləmişdi. Qarşılaşma Rusiya təmsilçisinin üstünlüyü şəraitində keçib. Nəticədə Azərbaycan kubokunun qalibi bu oyunda böyük hesabla uduzub.

Bu komandalar arasındakı cavab oyunu iyulun 29-da Bakıda keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
22 iyul

Soçi – Keşlə 3:0
Qol: Rodriqao, 10. K.Noboa, 66-pen. M.Barsov, 81.
Baş hakim: Enea Yorgi (Albaniya).
Soçi. Olimpiya stadionu.

Soçi: 12. Nikolay Zabolotnı, 4. Mateo Baraç, 5. Rodriqao, 6. Artur Yusupov, 9. Marko Duqandjiç, 15. İbrahim Tsallaqov (k), 16. Kristian Noboa, 18. Nikita Burmistrov, 27. Kiril Zayka, 34. Timofey Marqasov, 87. Danila Proxin.
Ehtiyat oyunçular: 1. Denis Adamov, 7. Dmitri Vorobyev, 8. İvelin Popov, 10. Maksim Barsov, 13. Sergey Terexov, 17. Maksim Kolmakov, 19. Bekanti Viktorien Anqban, 20. İqor Yurqanov, 24. Emanuel Mammana.
Baş məşqçi: Vladimir Fedotov.
Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev (k), 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 14. Turan Vəlizadə, 19. Azər Salahlı, 21. Miyuşko Boyoviç, 29. Amil Yunanov, 72. Aldair Neto, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 27. Əkbər Vəliyev, 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Sənan Qurbanov.