“Keşlə”nin “Soçi” ilə cavab matçının hakimləri açıqlandı

Futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” ilə “Soçi” (Rusiya) arasındakı cavab matçının hakimləri açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 29-da, “ASK Arena”da keçiriləcək qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Viktor Şimusik olacaq. Ona yan xətt hakimləri Anton Qusev və Sergey Kosovets kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Sevostyanik yerinə yetirəcək.

İyulun 29-da keçiriləcək “Keşlə” – “Soçi” matçına saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyun iyulun 22-də Rusiyada keçiriləcək. Həmin oyunu isə Albaniyadan olan hakimlər idarə edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: