Kristiano Ronaldo buna nail olmuş yeganə meydan oyunçusudur

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo karyerasında 1200 oyun keçirmiş dünyada yeganə meydan oyunçusu olub.

Arena.az məlumat verir ki, Ronaldoya qədər bu göstəriciyə nail olmuş bütün futbolçular qapıçı mövqeyində çıxış ediblər.

İlk 5-likdə birinci yerdə ingilis qapıçı Piter Şilton (1375 oyun), ardınca qapıçılar Pol Bestok (1286 oyun), Rocerio Seni (1237 oyun) və Fabio Lopes (1212 oyun) qərarlaşıb. İlk beşliyi Ronaldo tamamlayır.

Ronaldo Lissabon “Sportinq”inin yetirməsidir. Buradan Kristiano Ser Aleks Ferqyusonun çalışdırdığı “Mançester Yunayted”ə keçib. Daha sonra Ronaldo “Real” və “Yuventus”da çıxış edib, ardınca yenidən “qırmızı şeytanlar”ın düşərgəsinə qayıdıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub, 10 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: