Portuqal superulduz, hücumçu Kristiano Ronaldo futbolçu karyerası ərzində daha bir dubla imza ataraq, bu göstəricini 153-ə çatdırıb.
Arena.az məlumat verir ki, Ronaldo 2024-cü il Avropa çempionatını seçmə mərhələsi çərçivsənidə Slovakiya yığmasına qarşı oyunda (3:2) iki qol vuaraq, qələbəyə töhfəsini verib.
Beləliklə 153 dubla imza atmış Ronaldo argentinalı superulduz Messi ilə bu göstəricidə fərqi azaldıb. Argentinalı hücumçunun hesabında 156 dubl var.
Amma müvafiq statistikaya müxtlif bucaqlardan baxmaq olar. Belə ki, ikidən çox qolun hesabını aparsaq, bu göstəricidə Ronaldo Messini üstələyir. Portuqal superulduz 216, argentinalı superulduz isə 213 dəfə ikidən artıq qol vurmaqla fərqlənib.
Ümumiyyətlə Kristiano Ronaldonun klub karyerasının mənzərəsi belədir: 979 oyun, 726 qol, 231 məhsuldar ötürmə.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 202 oyun keçirib, 125 qol vurub və 44 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.