“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Naxçıvan və Tovuz təmsilçilərinin bu gün Sumqayıtda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.
Kurban Berdıyev matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə bir qədər yaxşı idik. Təəssüf ki, qələbə qazana bilmədik.
Premyer Liqadakı yerimiz? Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik”.
Berdıyev hakimlikdən danışmaq istəməyib:
“Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı sual verirsiniz. Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
Xatırladaq ki, “Turan Tovuz” Premyer Liqaın yarış cədvəlində 23 xalla ikinci pillədə qərarlaşıb.


