La Liqa: “Atletiko”dan “Sevilya” üzərində səfər qələbəsi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

“Vilyarreal” – “Atletik” matçında qapılara qol vurulmayıb. Günün digər oyunları qonaqların qələbəsiylə yekunlaşıb. Belə ki, “Las Palmas” evdə “Real Sosyedad”a, “Sevilya” “Atletiko”ya, “Valyadolid” isə “Xetafe”yə uduzub.

30-cu tura aprelin 7-də keçiriləcək “Leqanes” – “Osasuna” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa

30-cu tur
4 aprel

Rayo Valyekano – Espanyol 0:4
Qollar: Kabrera, 12. Fernandes, 16. Puado, 72-pen. Milya, 90.

5 aprel

Jirona – Alaves 0:1
Qol: Visente, 61.

Real – Valensiya 1:2
Qollar: Vinisius, 50 – Diakabi, 15. Duro, 90+5.

Malyorka – Selta 1:2
Qollar: Valyent, 17 – A.Qonsales, 53. F.Lopes, 72.

Barselona – Betis 1:1
Qollar: Qavi, 7 – Natan, 17.

6 aprel

Las Palmas – Real Sosyedad 1:3
Qollar: Makbörni, 60 – Oyarsabal, 5. S.Qomes, 56. Aramburu, 68.

Sevilya – Atletiko 1:2
Qollar: Aqume, 7 – X.Alvares, 25-pen. Barrios, 90+3.

Valyadolid – Xetafe 0:4
Qollar: Arambarri, 1. Terrats, 19; 38. Duarte, 80.

Vilyarreal – Atletik 0:0

7 aprel

23:00. Leqanes – Osasuna

Xəbəri sosial şəbəkələrdə paylaş: