Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Selta” doğma meydanda qarşılaşdığı “Vilyarreal”ı 3 cavabsız qolla məğlub edib.
“Atletik” evdə “Las Palmas”ı, “Alaves” isə “Real Sosyedad”ı tək qolla yenib. Səfərdə “Xetafe” ilə qarşılaşmış Madrid “Real”ı da 3 xalı 1 qolla qazanıb. Paytaxt təmsilçisinə qələbə gətirən qola Türkiyə millisinin gənc ulduzu Arda Gülər imza atıb.
33-cü turun qalan görüşləri aprelin 24-də keçiriləcək.
İspaniya, La Liqa
33-cü tur
22 aprel
Valensiya – Espanyol 1:1
Qollar: Querra, 57 – Puado, 40.
Barselona – Malyorka 1:0
Qol: Olmo, 46.
23 aprel
Atletik – Las Palmas 1:0
Qol: İ.Uilyams, 5.
Selta – Vilyarreal 3:0
Qollar: F.Lopes, 45. B.İqlesias, 53. Y.Aspas, 87-pen.
Alaves – Real Sosyedad 1:0
Qol: Tenalya, 65.
Xetafe – Real 0:1
Qol: A.Gülər, 21.
24 aprel
21:00. Leqanes – Jirona
21:00. Osasuna – Sevilya
23:30. Atletiko – Rayo Valyekano
23:30. Betis – Valyadolid


