Almaniyanın “Leypsiq” klubu yarımmüdafiəçisi Amadu Haydara ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir. Əvvəlki anlaşma 2023-cü ilin iyununa qədər idi.
Mali milli komandasının da üzvü olan Haydara 2019-cu ilin yanvarından “Leypsiq”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 29 oyuna çıxıb. O, daha öncə “Zalsburq” və “Liferinq” klublarının da uğurları üçün çalışıb.


