Argentina yığmasının və “İnter Mayami”nin hücumçusu Lionel Messi yaxşı insan kimi xatırlanmaq istədiyini etiraf edib.
Arena.az “Ole”yə istinadən Messinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Yolunda nə olursa olsun, həmişə cəhd etməlisən. Ümid edirəm ki, bu, məni bu qədər yaxından izləyən, mənim haqqımda narahat olan, məni qoruyan yeni nəslə nəinki bir xatirə, həm də bir ismarışdır.
Mən ilk növbədə, sadəcə idmançı deyil, adi bir insan, yaxşı insan kimi xatırlanmaq istəyirəm”.
Xatırladaq ki, 2022/2023 mövsümünün bitməsilə Lionel Messi çıxış etdiyi PSJ-dən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.


