Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda “Brest” doğma meydanda “Monako” ilə qarşılaşıb. Uğursuz mövsüm keçirən “Monako” bu oyunda da məğlubiyyətə üzülüb.
Günün digər oyunu “Lill” və Marsel “Olimpik”i arasında keçirilib. Bu görüşdə də meydan sahibləri tək qolla 3 xala sahib çıxıblar.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
15-ci tur
5 dekabr
Brest – Monako 1:0
Qol: K.Dumbiya, 28.
Lill – Olimpik (Marsel) 1:0
Qol: E.Mbappe, 10.
6 dekabr
20:00. Nant – Lans
22:00. Tuluza – Strasburq
00:05. PSJ – Renn
7 dekabr
18:00. Nitsa – Anje
20:15. Oser – Mets
20:15. Havr – Paris
23:45. Loryan – Olimpik (Lion)


