“Milan”ı İtaliya Kubokunda 1/4 finala buraxmadılar

Bu gün futbol üzrə İtaliya Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Bolonya” – “Parma” matçında meydan sahibləri qələbə qazanıblar. “Latsio” isə “Milan”la ev oyununda tək qolla mərhələ adlayan tərəf olub.

İtaliya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları 2026-cı ilin yanvar ayında təşkil ediləcək.

İtaliya Kuboku
1/8 final
2 dekabr

Yuventus – Udineze 2:0
Qollar: David, 23. Lokatelli, 68-pen.

3 dekabr

Atalanta – Cenoa 4:0
Qollar: Djimsiti, 19. De Ron, 54. Paşaliç, 82. Ahanor, 90+1.

Napoli – Kalyari 1:1 (penaltilər 9:8)
Qollar: Lukka, 28 – S.Espozito, 67.

İnter – Venesiya 5:1
Qollar: Diuf, 18. F.Espozito, 20. Türam, 34; 51. Bonni, 75 – Saqrado, 66.

4 dekabr

Bolonya – Parma 2:1
Qollar: Rou, 38. Kastro, 89 – Benediçak, 13.

Latsio – Milan 1:0
Qol: Zakkayni, 80.

13 yanvar

00:00. Roma – Torino

27 yanvar

00:00. Fiorentina – Komo

Xəbəri sosial şəbəkələrdə paylaş: