“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün “Benfika” ilə cavab matçına çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan və Portuqaliya çempionları arasındakı qarşılaşma Lissabon şəhərində baş tutacaq.
Portuqaliyanın paytaxtındakı “Pavilyao Fidelidade”də təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Görüşü serbiyalı hakimlər – Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanmışdı.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu
5 dekabr
“Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır).
Timekeeper: Srdjan Mihayloviç (Serbiya).
Hakim-inspektor: Sven Eichler (Almaniya).
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka).
Lissabon. “Pavilhao Fidelidade”. Saat 21:30.
İlk oyun: 9:0


