Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, artıq daha iki komanda növbəti mərhələyə vəsiqəni təmin edib.
“Sumqayıt” “Kür-Araz”la oyunda 11 cavabsız qolla istəyinə çatıb. “Qəbələ” isə “Mingəçevir”i 3 cavabsız qolla üstələyib.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Marafon” da Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanmışdılar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
27 oktyabr
“Kür-Araz” – “Sumqayıt” 0:11
Qollar: Ayxan Süleymanlı, 3; 35. Nadir Orucov, 13. Nihad Əhmədzadə, 28; 47; 56. Roi Kehat, 42. Sedrik Badolo, 65. Ronaldo Vaskes, 78. Emil Mustafayev, 81. Nihad Orucəlli, 84-pen.
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena”, 17:00.
Kür-Araz: 12. Elçin Əliyev, 5. Mirabbas Mirbabayev, 2. Ağasən Əsgərov, 9. Elxan Məmmədov, 10. Bayram Əliyev (k), 44. Kamal Həsən-pur, 14. Tahir Zeynalov, 77. Museyib Vəlizadə, 6. Həmzə Əliyev, 19. Hüseyn Abdullayev, 22. Ramin Ağayev.
Ehtiyat oyunçular: 4. İbrahim Əliyev, 16. Əli İbrahimli.
Məşqçi: Səfər Atakişiyev.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (k), 20. Ayxan Süleymanlı, 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 19. Roi Kehat, 42. Sedrik Badolo, 27. İmani Barker, 5. Renan Santana.
Ehtiyat oyunçular: 16. Marko Yohanson, 12. Aftandil Arixov, 29. Emil Mustafayev, 37. Nihad Orucəli, 4. İsa Suliman, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tiaqo Almeyda.
Baş məşqçi: Filipe Kandido.
“Qəbələ” – “Mingəçevir” 3:0
Qollar: Ziya Şəkərxanov, 38. Endri Çekici, 42. Bruno Silva, 43.
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.
Qəbələ: 94. Həbib Hüşənov, 4. Elvin Camalov (k), 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 66. Nuğay Rəşidov, 21. Ziya Şəkərxanov, 9. Karim Rossi, 8. Endri Çekici, 7. Bruno Silva, 16. İsaak Amoa, 5. Natan Monzanqo.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 23. Rafael Utziq, 6. Xayme Syerra, 12. Kouya Mabea, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.
Baş məşqçi: Yeton Bekiri.
Mingəçevir: 12. Sergey Dostenko, 45. Rüstəm Nuruyev, 9. Xəlil Bəşirov (k), 20. Əli Mürsəlov, 24. Nemət Şıxamirov, 77. Nicat Quliyev, 8. Həsrət Mürsəlov, 17. Bahadur Quliyev, 44. Elnur Mustafayev, 18. Samson Oqunmola, 5. Kehinde Alaqa.
Ehtiyat oyunçular: 1. Afiq Musayev, 33. Eldar Tərlanov, 19. Əsgər Hüseynov, 21. Cavid Məmmədli, 99. Kamil Qardaşlı, 4. Hüseyn Hüseynov, 6. Rimas Kerimi.
Baş məşqçi: Elman Sultanov.


