ÇL: “Araz” ilk oyunda “Uypeşt”ə qalib gəldi

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamızın ilk rəqibi Macarıstanın “Uypeşt” kollektivi olub.

Sözügedən komandalar arasındakı görüş Polşanın Qlivitse şəhərində təşkil edilib. “Prezero Arena”da baş tutmuş görüşdə qapılara bütövlükdə 9 qol vurulub. Yekunda Azərbaycan çempionu 5:4 hesablı qələbəyə sevinib.

“Qırmızı-ağlar”ın heyətində Oktay Rüstəmli het-trikə imza atıb. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.

Komandamız ÇL-də növbəti oyununu sabah “Buba Mara”ya qarşı keçirəcək. Bosniya və Herseqovina çempionu ilə görüş saat 17:30-da başlayacaq.

UEFA Çempionlar Liqası
5-ci qrup

27 oktyabr

Araz-Naxçıvan – Uypeşt 5:4
Hakimlər: Viktor Chaix (Fransa), Sergey Saçmans (Latviya), İqor Yaçeviç (Latviya).
Timekeeper: Dominik Lorke (Polşa).
Hakim-inspektor: Sven Eyxler (Almaniya).
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna).
Qlivitse. Prezero Arena. Saat 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: