“Sumqayıt” – “Şəfa” matçı da “Sumqayıt Arena”da keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “Sumqayıt Arena”da baş tutacaq.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə vurğulanır ki, mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.

“Sumqayıt”ın bu mövsüm Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk ev oyununun Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır. Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: