“Qalatasaray” – “Fənərbağça” derbisindən sonra kütləvi dava – Video

Türkiyə çempionatının 9-cu turunda keçirilən “Qalatasaray” – “Fənərbağça” matçından sonra futbolçular arasında kütləvi dava baş verib.

Arena.az xəbər verir ki, oktyabrın 26-da baş tutmuş qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropanın ən prinsipial derbilərindən biri hesab olunan İstanbul derbisinin final fitindən sonra komandaların futbolçuları arasında əvvəlcə şifahi mübahisə yaranıb. Daha sonra münaqişə kütləvi davaya çevrilib. Yalnız polisin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbağça” matçında meydan sahiblərinin hər iki qolunu Viktor Osimhen vurub. O, 29-cu və 44-cü dəqiqələrdə fərqlənib. Qonaqların təsəlli qoluna isə 62-ci dəqiqədə İrfan Can Kahveci imza atıb.

“Sarı qırmızılar” hazırda Türkiyə çempionatının turnir cədvəlinə 22 xalla başçılıq edirlər. “Fənər” isə 16 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: