Futbol üzrə Türkiyə çempionatının 2026/2027 mövsümünə istədiyi kimi başlamayan “Fənərbağça” baş məşqçisi İsmail Kartal ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssisin istefa ərizəsinin qəbul edildiyini İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmi şəkildə açıqlayıb.
Qeyd edək ki, Super Liqanın 9-cu turunda səfərdə “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olan “sarı-lacivərdlilər”də baş məşqçinin gələcəyi müzakirə mövzusuna çevrilmişdi. Azarkeşlərin ciddi tənqidinə məruz qalan İsmail Kartalın matçdan sonrakı mətbuat konfransında səsləndirdiyi fikirlər də müzakirələrə səbəb olmuşdu.
Məlumata görə, komandanı müvəqqəti olaraq Dirk Kuytun çalışdıracağı gözlənilir. Niderlandlı mütəxəssisin “Göztəpə” və “Liverpul”la ev oyunlarında, eləcə də “Çorum” və “Kocaelispor”la səfər qarşılaşmalarında komandaya rəhbərlik edəcəyi bildirilir.
“Fənərbağça”nın yeni baş məşqçisinin milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək müəyyənləşdirilməsi gözlənilir.


