15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) Maltada təşkil edilmiş UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, milli komandamız sonuncu turda Litva yığması ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Aleksandr Qrossun rəhbərlik etdiyi Azərbaycan milli komandasının heyətində Zəfər İbrahim fərqlənib. Reqlamentə əsasən, qalibi müəyyənləşdirmək üçün komandalar 11 metrlik zərbələrdə şanslarını sınayıblar. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığmamız turniri qələbə ilə başa vurub.
Xatırladaq ki, Azərbaycanın U-15 millisi bu turnirdəki ilk matçında Latviya yığmasına 0:3 hesabı ilə uduzmuşdu. İkinci görüşündə isə komandamız meydan sahibi Maltaya 0:1 hesabı ilə məğlub olmuşdu.


