Marsel “Olimpik”i evdə uduzdu, “Monako” səfərdə qalib gəldi

Futbol üzrə Fransa çempionatında 8-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Bordo” – “Renn” və “Trua” – “Anje” matçlarında qalib müəyyənləşməyib.

“Reyms” “Nant”ı məğlub yola salıbsa, “Brest” evdə “Mets”ə məğlub olub.

Səfərdə “Klermon”la qarşılaşan “Monako” inamlı qələbəyə sevinib. Marsel “Olimpik”i isə evdə “Lans”a uduzub.

Fransa Liqa 1
8-ci tur
25 sentyabr

Sent-Etyen – Nitsa 0:3
Qol: Quiri, 15. Stenqs, 54. Delor, 83.

Strasburq – Lill 1:2
Qol: Sissoko, 75 – David, 23; 57-pen.

Olimpik (Lion) – Loryan 1:1
Qol: Ekambi, 50 – Loryente, 20.

PSJ – Monpelye 2:0
Qol: Qeye, 14. Draksler, 88.

26 sentyabr

Bordo – Renn 1:1
Qol: Mekser, 88 – Laborde, 56.

Brest – Mets 1:2
Qol: Fevr, 67-pen – De Preville, 26. Sentonz, 74.

Reyms – Nant 3:1
Qol: Foket, 51. Ekitike, 72; 78 – Simon, 62.

Trua – Anje 1:1
Qol: Balde, 22 – Manqani, 65-pen.

Klermon – Monako 1:3
Qol: Bayo, 7 – Ben Yedder, 26. Volland, 48. Diop, 90+1.

Olimpik (Marsel) – Lans 2:3
Qol: Payet, 33; 45+2-pen – Sotoka, 9. Frankovski, 27. Said, 71.