“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/8 final oyununu (0:4) şərh edib.
Arena.az FIFA-ın rəsmi saytına istinadən, 41 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Onda ki biz işimizə sadiqik və birlikdə işləyirik, rəqabətəqadir ola bilərik. Fərqlərə malik olmaqla yarışmağa fürsət verən bircə idman növü var – bu, futboldur. Amma bu gün fərq nəhəng idi. Biz, sükanı arxasında əla məşqçi dayanmış, güman ki, dünyanın ən yaxşı komandasına qarşı oynayırdıq. Biz ən son dəqiqəyə qədər ləyaqətlə duruş gətirməyə çalışdıq, ona görə də mən öz oyunçularımla qürur duyuram”, deyə Maskerano vurğulayıb.
Beləliklə, MLS nəhəngi “İnter Mayami” klublararası dünya çempionatı ilə vidalaşıb. Fransa nəhəngi PSJ isə yarışın 1/4 final mərhələsinə adlayıb və bu mərhələdə Almaniya nəhəngi “Bayern”lə qarşılaşacaq.


