Messi: “Meksikalıların mənə nifrəti haradan qaynaqlanır?”

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi Meksika yığmasının azarkeşlərinin ona nifrəti haqda söhbət açıb.

Arena.az məlumat verir ki, Messi bu barədə “Simplemente Futbol” “YouTube” kanalına müsahibəsində danışıb:

“Onlar (Meksika yığmasının azarkeşləri – redaktorun qeydi) özlərini bizim rəqiblərimizin məqamına qoyurlar, amma əslində bu rəqabət mövcud deyil. Argentina yığması ilə Meksika yığması arasında heç bir müqayisə yoxdur. Mən bunun haradan peyda olduğunu bilmirəm.

Bu rəqabət başlayanda və bu qəzəb peyda olanda, mən meksikalılara nə olduğunu bilmirəm. Mən həmişə hiss etmişəm ki, Meksika xalqı məni sevir. Mən heç vaxt ona qarşı hörmətsizlik sərgiləməmişəm.

2022-ci ilin dünya çempionatında Meksika yığmasının qapısında vurduğum qol, həmin yarışda mənim üçün ən duyğusal qol idi (qrup mərlələsinin ikinci tur oyunu, Argentina – Meksika – 2:0). Ancaq bu tərəfdarlara görə deyildi, heç də belə deyil. Bu, böyük rahatlığın məqamı idi. Bu, bizə özümüzün əvvəlki halına qayıtmaq və yenidən ancaq özümüzə güvənmək baxımından sakitlik və əminlik bəxş etmişdi”, deyə Messi vurğulayıb.

Xatırladaq ki, buna qədər Argentina yığması DÇ-2022-nin qrup mərhələsini birinci tur oyununda 1:0 öndə olduğu oyunu Səudiyyə Ərəbistanı yığmasına gözlənilmədən 1:2 hesabı ilə uduzmuşdu. Buna rəğmən, Argentina yığması finala qədər gələ bilmiş və həlledici oyunda Fransa yığmasını penaltilər silsiləsində məğlub etmişdi – 4:3 (əsas vaxt 2:2, əlavə vaxt 1:1).