Messinin “İnter Mayami”si “Google”da ən çox axtarılan komandadır

Argentinalı hücumçu Lionel Messinin oynadığı ABŞ-ın “İnter Mayami” komandası 2023-cü ildə “Google”da ən çox axtarılan komandadır.

Arena.az məlumat verir ki, bu, “Google”un “Google Trends” adlı illik hesabatında dərc edilmiş məlumatlara əsasən məlum olub.

Müraciətlərin tezliyinə görə 2-ci yeri NBA basketbol klubu “Los-Anceles Leykers” tutub. 3-cü yerdə portuqal ulduz hücumçu Kristiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu qərarlaşıb.

4-cü yerdə 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanmış Xosep Qvardiolanın “Mançester Siti”si qərarlaşıb. 5-ci yeri digər NBA basketbol klubu “Mayami Hit” tutub.

6-cı yerdə “Texas Reyncers” beysbol komandasıdır. 7-ci yerdə Səudiyyə Ərəbistanının “Əl-Hilal”ıdır.

8-ci yerdə ötən mövsümün son turunda Bundesliqa çempionluğunu əldən vermiş “Borussiya Dortmund” klubu qərarlaşıb. Hindistanın kriket üzrə milli yığma komandası 9-cu olub. NHL komandası “Boston Bryuinz” isə populyarlıq baxımından 10-cu yerdədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: