“Çelsi”nin cinah oyunçusu Mixaylo Mudrik Ukrayna yığmasının heyətində gənclər arasında AÇ-də oynamağa hazırdır.
Arena.az “The Telegraph”a istinadən xəbər verir ki, bu qərar 22 yaşılı futbolçunun öz istəyidir.
Mudrik qərarını gələn mövsümə idman forması yığmaq baxımından əsaslandırır.
Hələlik futbolçu Ukrayna Futbol Federasiyasından rəsmi dəvət almayıb. “Çelsi”nin Mudrikin bu qərarını dəstəklədiyi vurğulanır.
Xatırladaq ki, Mixaylo Mudrik Donetsk “Şaxtyor”undan “Çelsi”yə cari ilin yanvarında ödəniş sxemi 70+30 milyon avro olmaqla keçib. Futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyunun sonuna qədər qüvvədədir.
2022/2023 mövsümünün ikinci yarısında ukraynalı cinah yarımmüdafiəçisi “zadəganlar”ın heyətində 17 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı Mudriki 60 milyon avro məbləğində qiymətləndirir.


