Namiq Ələsgərov – mövsümün ən sərrast futbolçusu!

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ən məhsuldar oyunçusu “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov olub.

Arena.az xəbər verir ki, o, bu mövsüm vurduğu 19 qolla çempionatın ən sərrast futbolçusu adına layiq görülüb.

Sonuncu turun “Neftçi” – “Qarabağ” qarşılaşması başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Namiqə xüsusi hədiyyə təqdim edilib.

Qeyd edək ki, Ələsgərov ən yaxın izləyicisi Mahir Emrelini 1 qol qabaqlayıb.