Norveç – Azərbaycan matçının vaxtı dəyişdirildi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan Norveç – Azərbaycan matçının tarixi dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, qarşılaşmanın 2022-ci il iyunun 14-nə keçirildiyi diqqətə çatdırılıb. Daha əvvəl Norveç – Azərbaycan matçının bu il iyunun 6-da oynanılması nəzərdə tutulurdu.