“Paderborn” marixuananı reklam edəcək

Almaniyanın “Paderborn” klubunun futbolçuları sinəsində tibbi marixuana istehsalçısının reklamı olan köynəklərdə oynayacaqlar.

Arena.az bu barədə “Sky Sport Germany”yə istinadən xəbər verir.

Almaniyanın ikinci Bundesliqasında mübarizə aparan “Paderborn” “Four 20 Pharma” şirkəti ilə iki illik sponsorluq müqaviləsi imzalayıb.

Klubun direktoru Martin Hornberger bu xüsusda fikirlərini açıqlayıb: “Biz çox şadıq ki, güclü regional şirkəti sponsor kimi cəlb edə bildik”.

Tam adı “Sport-Club Paderborn 07 e.V.” olan klub 1907-ci ildə təsis edilib. Ev oyunlarını 15 min yerlik “Benteler Arena”da keçirir.

2022/2023 mövsümündə “Paderborn” 18 klubun mübarizə apardığı ikinci Bundesliqada 6-cı yeri tutub. Ümumiyyətlə, klubun ən böyük futbol uğuru 2013/2014 mövsümündə Bundesliqaya vəsiqə qazanması olub. Amma həmin mövsümdə də turniri ən axırıncı sıradada bitirərək, yenidən ikinci Bundesliqaya yuvarlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: