Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 12-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutub.
Burada “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Zirə” isə bu turda “Qəbələ”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün baş hakimi Elvin Bayramov olacaq.
Premyer Liqa
12-ci tur
22 noyabr
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: Ba-Muaka Simakala, 21 – Ayxan Hüseynov, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 33. Elmir Cəfərov, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə.
Baş məşqçi: Kurban Berdıyev.


