“Qəbələ” Nicat Mehbalıyevi heyətinə qatdı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Arena.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək. “Sabah”ın qolkiperi 1 illik icarəyə götürülüb.

21 yaşlı futbolçu “Sabah”a qədər “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.

Nicat son mövsümdə “Sabah”ın əsas komandasında 2 oyun keçirib.

Xatırladaq ki, “Qəbələ” Nicata qədər Ürfan Abbasov və Məqsəd İsayevi heyətinə qatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: