“Qarabağ”ın U-19 komandası üçün “Napoli” sınağı

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının 2025/26 mövsümünün əsas mərhələsində növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli”nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. “Cüzeppe Pikkolo” stadionunda keçiriləcək matçı Çexiyadan olan hakim Dominik Stari idarə edəcək.

Xatırladaq ki, əvvəlki 4 qarşılaşmanın hamısında uduzmuş Ağdam təmsilçisinin U-19 komandası Liqa mərhələsində sonuncu – 36-cı pillədə qərarlaşıb. Komanda Portuqaliyanın “Benfika” kollektivinə 1:7, Danimarka “Kopenhagen”inə 0:5, İspaniya “Atletiki”nə (Bilbao) 0:3, İngiltərə “Çelsi”sinə isə 0:5 hesabıyla uduzub.

“Napoli” isə 4 turda topladığı 3 xalla 25-cidir. İtaliya təmsilçisi ilk turda “Mançester Siti”yə (İngiltərə) 0:2 hesabıyla uduzub. “Sportinq”lə (Portuqaliya) 1:1, PSV (Niderland) və “Ayntraxt”la (Almaniya) da qolsuz heç-heçəyə razılaşıb.

UEFA Gənclər Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr

Napoli – Qarabağ
Baş hakim: Dominik Stari (Çexiya).
Çerkola. “Cüzeppe Pikkolo” stadionu. Saat 17:00.