“Milan”ın portuqaliyalı sol vingeri Rafael Leao İtaliya A Seriyasının 33-cü turunun “Atalanta” ilə ev oyunundakı məğlubiyyəti şərh edib.
Arena.az xatırladır ki, sözügedən komanda bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb.
Portuqaliyalı futbolçu qarşılaşmadan sonra komandasının məğlubiyyətinə belə şərh verib:
“Bəzən biz yaxşı oynayır və qələbə qazanmırıq, bəzən isə – əksinə. Mənim buna izahım yoxdur”, deyə Leao vurğulayıb.
25 yaşlı cinah hücumçusu İtaliya Kubokunda qalibiyyətin “rossoneri” üçün uğursuz mövsümü xilas etmək baxımından vacib amil olduğunu da vurğulayıb:
“Bizə, bu oyunda qələbəyə düzgün köklənmə ilə yanaşmaq gərəkdir və inanmalıyıq ki, biz bu qəniməti qazana bilərik. Bu, son dərəcədə vacib oyundur. Çünki bu, mövsümün axarını dəyişə bilər”, deyə Rafael Leao qeyd edib.
Xatrladaq ki, “Milan” İtaliya Kubokunun yarımfinalının cavab oyununda səfərdə “İnter”lə qarşılaşacaq. Milanın eyniadlı təmsilçisi evdə keçirdiyi ilk oyunda “İnter”lə 1:1 hesablı heç-heçə oynayıb.