Azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadə Latviyanın “Dauqavpils” komandasında növbəti matça çıxıblar. Arena.az xəbər verir ki, onlar bu gün Latviya çempionatının 4-cü turu çərçivəsində baş tutan “Metta/LU” ilə matçın iştirakçısı olublar.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası beş qolun qeydə alındığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 2:3.
Ramin meydana start heyətdə çıxıb və sonadək oynayıb. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib. Nazim isə bu matçın 82-ci dəqiqəsində meydana buraxılıb. O, 90+4-cü dəqiqədə sarı vərəqə də alıb.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.