“Real” “Barselona”ya evdə uduzdu – İspaniya Kubokunda

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

İkinci yarımfinal görüşü Madrid “Real”ı ilə “Barselona” arasında baş tutub. Bu komandaların ilk oyunu Madriddə keçirilib. Kataloniya təmsilçisi əzəli rəqibini səfərdə tək cavabsız qolla məğlub edib. Bu komandaların cavab görüşü isə aprelin 5-də Kataloniyada baş tutacaq.

Xatırladaq ki, daha öncə “Osasuna” da doğma meydanda Bilbao “Atletik”i ilə oyundan oxşar hesabla qalib ayrılmışdı. Bu komandalar arasındakı cavab görüşü də aprelin 4-də Bilbaoda keçiriləcək.

İspaniya kubokunda yarımfinal mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçirilir.

İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
1 mart

Osasuna – Atletik 1:0
Qol: Ezzalzuli, 47.

2 mart

Real – Barselona 0:1
Qol: Militao, 26-öz qapısına.

Xəbəri sosial şəbəkələrdə paylaş: