Rebrov Slovakiya yığması ilə oyundan gözləntilərini paylaşdı

Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov AÇ-2024-ün qrup mərhələsi 2-ci turunda Slovakiya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ukraynalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən həmişə Slovakiyanı güclü komanda hesab etmişəm. Orada yaxşı klubları təmsil edən futbolçular var. Onları təhlil edəndə çox intizamlı olduqlarını gördüm. Belçika yığmasına qarşı möhtəşəm qələbə qazandılar. Biz onlara çox hörmət edirik. Bu Avropa çempionatı – yüksək səviyyədir. Bəzi oyunçular üçün bu, ilk Avropa çempionatıdır və onlar üçün böyük məsuliyyətdir. Komandaya hörmət edib dəstək olmalıyıq. Səhvlər olacaq – bu, qaçılmazdır. Biz Rumıniya yığması ilə oyunu unudub, hansı dərsləri aldığımızı göstərərək yeni səviyyəyə çıxmalıyıq”, deyə Rebrov vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “E” qrupu çərçivəsində baş tutacaq Slovakiya – Ukrayna oyunu bu gün, iyunun 21-də Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.

2-ci tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Rumınıya – 3 xal
  2. Slovakiya –3 xal
  3. Belçika – 0
  4. Ukrayna – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: