Ronaldo Mərakeşdə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verdi

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Mərakeşdə baş vermiş zəlzələ ilə bağlı hadisə qurbanlarına başsağlığı verib.

Arena.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun superulduzu Mərakeş bayrağını təsvir kimi istifadə edərək öz başsağlığını ifadə edən sözləri bayraq üzərində yazıb:

“Mərakeşdəki zəlzələdə həyatını itirmişlərin ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Bu çox çətin vaxtda bütün Mərakeşdə hamıya sevgi və dualar göndərirəm”.

Xatırladaq ki, cümə günü axşam ölkədə Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. Ölənlərin sayı 2000 nəfəri keçib. Dağıntıya uğramış yollar xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasına mane olur.

Xəbəri sosial şəbəkələrdə paylaş: