Rüfət Dadaşovdan ABŞ-da 1 qol, 1 məhsuldar ötürmə

Futbol üzrə ABŞ birinci liqasında 13-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Los Anceles Qalaksi”nin ikinci komandası ilə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb – 5:0.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının üçüncü qolunu da millimizin sabiq forvardı vurub. O, 45-ci dəqiqədə fərqlənib. Bundan 5 dəqiqə öncə isə Rüfət məhsuldar ötürməyə imza atıb.

Cari mövsümdə keçridiyi 12 oyunda 26 xal toplayan “Finiks Rayzinq” hazırda zirvədə qərarlaşıb. Dadaşov isə bu mövsüm meydana çıxdığı 11 oyunda 3 qol vurub.