Rüstəm Əhmədzadə Azərbaycan millisinə dəvət olundu!

Ukraynanın “Minay” klubunun futbolçuları – Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, hər iki futbolçunun Azərbaycan yığmasının mayın 22-dən iyunun 6-na qədər davam edəcək toplanışına çağırıldığı bildirilib.

Rüstəm Əhmədzadə ilk dəfə Azərbaycan yığmasına çağırılıb. Nuriyev isə bundan əvvəl millidə üç oyuna çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək. Yığmamızı iyunun 2-də Minskdə Belarusla, ayın 6-da isə Kişinyovda Moldova yığması ilə sınaq matçları da gözləyir.

Geridə qalan mövsüm “Minay” Ukrayna Premyer Liqasında 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu yeri tutub. Bu komanda növbəti mövsümdən aşağı liqada mübarizə aparmalı olacaq. Rüstəm bu mövsüm Premyer Liqada 20 oyunda meydana çıxsa da, fərqlənə bilməyib. Anatoli isə 22 matçda forma geyinib və 10 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: