Səudiyyə Ərəbistanının Rusiyadan futbolçu dəvət etməyə hazır olduğu haqda məlumat gündəm olub və birmənalı qarşılanmayıb.
Arena.az bu barədə “RİA Novosti” agentliyinə istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının qanunverici orqanının üzvü Qazi bin Feysal bin Zakr yerli futbol klublarının yüksək səviyyədə çıxış edə bilən rusiyalı oyunçuları dəvət etməyə hazır olduğunu bildirib:
“Rusiyadan olan futbolçular başqa ölkələrdən olan həmkarları ilə rəqabət apara bilirlərsə, əmin olmalıdırlar ki, Səudiyyə Ərəbistanı klublarının qapıları onlar üçün açıqdır. Bugünkü bazarda yeganə sual budur: əgər kimsə yaxşı oynayırsa, qol vurursa və ya oyunu yaxşı başa düşürsə, Səudiyyə Ərəbistanı komandalarında yer alacağına ümid edə bilər.
Bizim bir çox ölkələrdən nümayəndələrimiz var. Ona görə də ruslarla idman təmaslarına açığıq. Yeganə məsələ yaxşı səviyyədə çıxış etməyə hazır futbolçulardır. Dini mənsubiyyət bu işdə rol oynamır”, deyə məmur bildirib.


