“Sabah” Gürcüstan klubuna məğlub oldu

Gürcüstanda təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Arena.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı kollektiv yerli “Samqurali” ilə üz-üzə gəlib.

Bu qarşılaşma da “Zestafoni” təlim-məşq bazasında baş tutub. Oyun bakılıların minimal hesablı məğlubiyyəti ilə bitib.

“Sabah” bundan əvvəl Gürcüstanın digər klubu “Şukura” ilə qarşılaşmış və 1:0 hesabıyla qalib gəlmişdi.

Qeyd edək ki, “Sabah” iyulun 28-də “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
23 iyul

Sabah – Samqurali 0:1