Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının üzvü Sahib Dadaşov Dünya Seriyasının 2-ci mərhələsində gümüş medala sahib çıxıb.
Arena.az xəbər verir ki, çimərlik güləşi üzrə yeni mövsümün ikinci mərhələsi Xorvatiyanın Poreç şəhərində təşkil edilib.
Azərbaycan milli komandasının üzvləri Dünya Seriyasının ikinci mərhələsində 2 medal qazanıblar.
80 kq-da ölkəmizi təmsil edən iki güləşçimiz fəxri kürsüyə qalxıblar. Belə ki, Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.
İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.
Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.


